ID:
1071sp
DNT fraqmentasiya testi
Üsul:
Sperm Chromatin Dispersion
Tam adı:
DNT fraqmentasiya testi – Halosperm test
Nümunə növü:
Nümunə miqdarı:
Nümunə qabı:
Sperma
Biomaterial qabı
Spermanın genetik strukturunun bütünlüyünün qorunması normal mayalanma və sağlam embrion üçün vacibdir. Bəzən spermatozoidin aneuploidiya kimi bir xromosom say dəyişiklliyi olmur, lakin bunun əvəzinə sperma DNT strukturu pozulur. Bu kimi patoloji dəyişiklik adi spermoqramma analizində aşkar olunmur. Spermoqramma analizində aşkar olunmur. Spermoqramma analiz nəticəsi normal olan kişilərdə sperm DNT keyfiyyəti də yoxlanılması məsləhətdir. Bunun üçün sperma DNT fraqmentasiya analizi olunur. Bu cür xəstələrdə hamiləlikdə təkrarlayan düşüklər, təkrarlayan uğursuz süni mayalanma, aşağı keyfiyyətli embrion və təkrarı uğursuz implantasiya baş verir. Bununla birlikdə DNT fraqmentasiya aşkar olunmuş spermatazoidlə yumurta hüceyrə döllənməsindən əmələ gələn embrionlar hamiləlikdə bir problem yaratmasa belə, teorik olaraq doğulduqdan sonra bu uşaqlarda xərçəng əmələ gəlmə riski yüksəkdir.
DNT fraqmentasiya testi göstərişləri :
Səbəbi bilinməyən sonsuzluqda
Embrion əmələ gəlməsində problem olan cütlüklər
Təkrarlayan hamiləlik düşükləri
45 yaşdan yuxarı kişilər
Təkrarlayan uğursuz süni mayalanma (IVF/ICSI)
Yardımçı reproduktiv üsullardan istifadə zamanı anormal embrion olarsa
Əlavə olaraq aşağıdakı hallarda Sperma DNT fraqmentasiya testi skrininq məqsədi ilə və check up - a əlavə oluna bilər.
Siqaret çəkmək, yaş faktoru
Cinsi infeksiyalar, yüksək qızdırmalı xəstəliklər
Varikosel, çirkli ətraf mühit təsiri
Testistlərdə temperatur artımı : infeksion səbəblər , epidemik parotit(svinka)
Sperm DNT Fraqmentasiyası
Sperm DNT fraqmentasiyası spermin DNT zəncirlərində qırılmaların və ya zədələrin mövcudluğunu göstərir. Yüksək fraqmentasiya səviyyələri kişi infertilitesinin səbəblərindən biri ola bilər.
Yüksək fraqmentasiya aşağı sperma keyfiyyəti, zəif embrion inkişafı, düşük riski və süni döllənmə (IVF) uğursuzluğu ilə əlaqələndirilə bilər.